Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Rayonda 20 yanvar faciəsinin 30-cu ildönümü qeyd olunmuşdur

17 yanvar 2020 | 16:00

20 yanvar faciəsinin 30-cu ildönümü münasibəti ilə rayonda silsilə tədbirlər keçirilmişdir.
Rayonun Bayraq Muzeyində, Uşaq Musiqi məktəbində, Dövlət İdarəetmə və Texnologiya Kollecində keçirilən tədbirlərdə rayon icra hakimiyyəti başçısının müavini Zivər Zeynalova çıxış edərək 20 yanvar faciəsi barədə geniş məlumat vermiş, Bakı şəhərində 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə fövqəladə vəziyyət elan edilmədən sovet ittifaqının qoşun hissələri tərəfindən dinc əhaliyə tutulmuş divan, yüzlərlə insanın qətlə yetirilməsi, kütləvi qırğın törədilməsi barədə söz açmışdır. 
Z.Zeynalova qətliamın ertəsi günü Ümummilli Lider Heydər Əliyevin ölkəmizin Moskvadakı nümayəndəliyinə İlham Əliyevlə gələrək bu kütləvi qırğınla bağlı kəskin bəyanatla çıxış etməsi və yalnız bir neçə il sonra Ulu Öndərin təşəbbüsü ilə faciəyə ilk dəfə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilməsini qeyd etmişdir. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bu tarixi gün barədə əsl həqiqətlərin beynəlxalq ictimaiyyətə geniş çatdırılması, şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi, onların ailələrinin və əlillərin sosial müdafiəsinin gücləndirilməsi üzrə məqsədyönlü addımlar atıldığını və Azərbaycanın Birinci-vitse prezidenti Mehriban Əliyevanın rəhbəri olduğu Heydər Əliyev Fondu tərəfindən bu sahədə mühüm işlər həyata keçirildiyini bildirdi.
Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru İrşad Abbasov faciədən 30 il keçməsinə baxmayaraq Azərbaycan Xalqının xatirəsindən silinmədiyini və əsrlər boyu da silinməyəcəyini qeyd etmişdir.
Rayon Veteranlar Cəmiyyətinin sədri Atəş Salahov sovet ordusunun xüsusi təyinatlı dəstələri və daxili qoşunların misli görünməmiş vəhşilik nümayiş etdirilməsi nəticəsində həmyerlilərimiz Mehman Muradov və Rauf İsayevin həmin gecə şəhid olduqlarını bildirmişdir.
Tədbirlərdə çıxış edən Səməd Həsənov, Aytəkin Əliyeva, Elşən Şirinov, Nicat Mahmudov, Rauf Nəsibov, Mikayıl Qasımov və başqaları 1990-cı ilin 20 yanvar gününü təkcə faciə deyil, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarix olduğunu qeyd etdilər.
Keçirilən silsilə tədbirlədə 20 yanvar gününə həsr olunmuş videoçarxlar nümayiş olunmuş, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Keçidlər