Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Rayon rəhbərliyi şəhər 3 nömrəli uşaq bağçasının tikintisinin və Göyçay çayında görülən işlərin vəziyyəti ilə yerində maraqlanıb

30 dekabr 2019 | 16:00

30 dekabr 2019-cu il tarixdə Göyçay rayon İcra Hakimiyyətinin başçısı M.Səlimzadə, digər idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə  şəhər 3 nömrəli uşaq bağçasında aparılan tikinti işləri, eləcə də Göyçay çayında görülən tədbirlərlə yerində tanış olub.
Heydər Əliyev Fondunun vəsaiti hesabına Göyçay şəhər 3 nömrəli uşaq bağçasında tikinti işlərinin gedişi ilə tanış olduqdan sonra Göyçay çayında sel və daşqın təhlükəsinin, qəza vəziyyətinin aradan qaldırılması sahəsində görülən işlərlə baxış keçirilib. Məlumat verilib  ki, layihə çərçivəsində çayın ötürücülük qabiliyyəti saniyədə 275 kub.m. olan yeni məcrasının torpaq işləri, məcra boyu sel sularının istiqamətləndirilməsi və sürətinin azaldılması üçün dəmir-beton qurğuları quraşdırılması, yeni çay məcrasının betonla üzlənməsi işləri və çayın yeni məcraya köçürülməsi işləri başa çatdırılmışdır.
Ərazidə inşa edilən körpünün tikinti işlərinin böyük hissəsi yerinə yetirilmiş, kəndləri suvarma suyu ilə təmin edən səviyyə qaldıran qurğunun dayanıqlığının artırılması üçün görülən tədbirlər başa çatdırılmışdır.
Yekunda rayon İcra Hakimiyyətinin başçısı aidiyyatı qurumların rəhbərlərinə müvafiq tövsiyyə və tapşırıqlar vermişdir.

Keçidlər