Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda bayram yarmarkası açılıb

29 dekabr 2019 | 16:00

Dekabrın 29-da Göyçayda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil olunub. Satış-yarmarka bayram ərəfəsində əhalinin ərzaq və kənd təsərrüfatı mallarına artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədi ilə keçirilir.
Şəhərin Heydər Əliyev prospektində təşkil olunan satış-yarmarkada alıcılara müxtəlif kənd təsərrüfatı məhsulları, habelə yerli emal müəssisələrində istehsal edilən məhsullar təklif olunur.
Satışa çıxarılan məhsulların əksəriyyətini mövsümi tərəvəz, o cümlədən yerkökü, çuğundur, kələm, soğan, kartof, xiyar, pomidor, habelə meyvələrdən alma, armud, nar və sair təşkil edir. Məhsullar bazar qiymətindən 25-30 faiz ucuz satılır.
Satış-yarmarkada alıcılara nümunəvi xidmət göstərilməsi üçün bütün lazımi şərait yaradılıb.

Keçidlər