Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda Həmrəylik Günü və Yeni il bayramı qeyd olunub

28 dekabr 2019 | 16:00

Göyçayda 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı qeyd olunub.
İştirakçılar əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzərək xatirəsini ehtiramla anıblar.
Rayon icra hakimiyyətində davam edən tədbirdə icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə iştirakçıları təbrik edərək, bu gün dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların bir məqsəd - azərbaycançılıq ideyası ətrafında sıx birləşmələrindən, bunun üçün ümummilli lider Heydər Əliyevin vaxtilə müəyyənləşdirdiyi uğurlu dövlət siyasətindən, gördüyü işlərdən danışıb.
Tədbirdə rayon veteranlar təşkilatının sədri Atəş Salahov, məcburi köçkün Səməd Həsənov, Yeni Azərbaycan Partiyası rayon təşkilatı Gənclər Birliyinin sədri Tural Əhmədov çıxış edərək, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün dünyada yaşayan soydaşlarımız tərəfindən hər il təntənə ilə qeyd edildiyini diqqətə çatdırıblar. Qeyd olunub ki, bu günün başlıca qayəsini Azərbaycan dövlətçiliyi, xalqımızın milli dəyərlərinə hörmət, Azərbaycan xalqına mənsubluq və Vətənə bağlılıq ideyaları təşkil edir.
Sonra il ərzində fəaliyyəti ilə fərqlənən bir qrup şəxsə təşəkkürnamə və qiymətli hədiyyələr verilib.
Tədbir rayonun mədəniyyət mərkəzinin incəsənət ustalarının ifasında bayram konserti ilə davam edib.

Keçidlər