Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda icbari tibbi siğortanın tətbiqi ilə bağlı maarifləndirici tədbir keçirilib

11 dekabr 2019 | 16:00

11 dekabr 2019-cu il tarixində Heydər Əliyev Mərkəzində icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar keçirilən maarifləndirilmə tədbirində rayon İcra Hakimiyyətinin başçısının müavini, rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin baş direktoru, İcbari Tibbi Siğorta üzrə Dövlət Agentliyinin əməkdaşı və rayon sakinləri iştirak edirdilər.
Tədbirin keçirilməsində məqsəd əhalini icbari tibbi sığorta sistemi, sistemin üstünlükləri, ölkə üzrə icbari tibbi sığortanın tətbiqinə hazırlıq barədə məlumatlandırmaq olub.
Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova,  rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin baş direktoru Elçin Bilalov çıxış etmişlər.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əməkdaşı Elvin Abbasov icbari tibbi sığortanın xidmətlər zərfi, sığortahaqları, azadolma məbləği və s. barədə geniş şəkildə məlumat verərək, sakinləri maraqlandıran sualları cavabldandırmışdır.

Keçidlər