Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay rayonunda Heydər Əliyev Mərkəzində kitab təqdimatı keçirilmişdir.

07 dekabr 2019 | 16:00

Ağa Musa  Nağıyev  adına  “Milli Dəyərlərin Qorunması” İctimai Birliyinin  sədri, Prezident təqaüdçüsü,  tarix elmləri üzrə fəlsəfə doktoru, yazıçı Dilarə Ağa Musa  Nağıyevanın “Hər ömür  bir tamaşa” adlı kitabının təqdimatı keçirilmişdir.
Tədbiri  giriş sözü  ilə açan  rayon icra hakimiyyəti başçısının müavini Zivər Zeynalova   müasir  həyatımızda  Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyev və ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən  xalqımızın  milli-mənəvi  dəyərlərinin  dünyada tanınması istiqamətində daim  təqdirə layiq  işlər  görülməsini qeyd etdi.
“Hər ömür  bir tamaşa” kitabının müəllifi D.Nağıyeva kitabı dövrünün tanınmış  milyonçusu Ağamusa Nağıyevin fəaliyyətinə həsr olunduğunu qeyd etmiş və  Azərbaycanda gənc oxucularda vətənpərvərlik hisslərinin aşılanması,  vaxtılə  tədqiq olunmayan  sahələrin  üzə çıxarılması, milli  duyğuların inkişaf etdirilməsi  məqsədi  ilə yazıldığını  vurğulamışdır.
  Tədbirdə Respublika Qadınlar Cəmiyyətinin sədri Bahar Qasımova, şair publisist Fəxrəddin Meydanlı çıxış edərək Ağamusa Nağıyev şəxsiyyətinin  Azərbaycan tarixində yeri və 98 fenomen bina miras qoyması rolu barədə söz  açmışlar. Ağamusa Nağıyevə həsr olunmuş “Nurlu əməllərin işığında” sənədli film nümayiş olunmuşdur.
Sonda tədbir iştirakçılarına “Hər ömür bir tamaşa” adlı kitab hədiyyə olunmuşdur.

Keçidlər