Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə ağacəkmə kompaniyası keçirilmişdir

06 dekabr 2019 | 16:00

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə rayonumuzda  ağacəkmə  kompaniyası keçirilmişdir.
Böyük şairin dünya əhəmiyyətli poeziyasının təbliği, xatirəsinin əbədiləşdirilməsi, ədəbi və mədəni irsinin tanıdılması məqsədi daşıyan bu nəcib təşəbbüsə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Arif Novruzov, rayon İcra Hakimiyyətinin başçısı, ictimaiyyət nümayəndələri, həmçinin rayonda  fəaliyyət göstərən  idarə, müəssisə və təşkilatların əməkdaşları, qeyri-hökumət təşkilatlarının nümayəndələri və könüllü gənclər qoşulmuşlar. 
Mütəfəkkir şairin yaradıcılığında insan və təbiət münasibətlərinin harmoniyası xüsusi yer tutduğuna görə, onun xatirəsinin əbədiləşdirilməsi rayonumuzun  yaşıl diyara çevrilməsinə, ətraf mühitin sağlamlaşdırılmasına verilən dəyərli töhfə hesab olunduğu üçün rayonun müxtəlif ərazilərində 3000 ədəd Ekologiya və Təbii Sərvətlər Nazirliyində göndərilmiş, 2000 ədəd isə rayonda becərilmiş ümumi sayı 5000 ədəd olan ağac tingi əkilmişdir. .
Ağacəkmə kompaniyası keçirilən ərazilərdə çay süfrələri və konsert proqramları təşkil olunmuşdur.

Keçidlər