Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Göyçayda vətəndaşları qəbul edib

22 noyabr 2019 | 16:00

Noyabrın 22-də keçirilmiş qəbula gələn vətəndaşlar güzəştli kreditlərin verilməsi, yeni məktəb və uşaq bağçalarının tikintisi, investisiya təşviqi sənədinin verilməsi, torpaq sahəsinin təyinatının dəyişdirilməsi, kənd yolunun çəkilməsi, sosial və s. məsələlərlə bağlı müraciət ediblər.
İqtisadiyyat Nazirliyinin aidiyyəti əməkdaşlarının iştirakı ilə keçirilmiş qəbulda vətəndaşlar diqqətlə dinlənilib, qaldırılan məsələlərin əksəriyyəti yerində həll edilib.
Eyni zamanda, qəbul zamanı müraciət edən sahibkarların təklifləri müzakirə olunub, onların heyvandarlıq, əkinçilik, çörək istehsalı, avadanlıqların alınması, soyuducu anbar kompleksinin yaradılması və s. sahələr üzrə investisiya layihələrinin güzəştli kreditlər hesabına maliyyələşdirilməsi məsələsinə baxılması məqsədəuyğun hesab edilib. Sahibkarlara investisiya layihələrinin mailiyyələşdirilməsində müvafiq köməkliyin göstəriləcəyi bildirilib.

Keçidlər