Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda yeni ticarət mərkəzinin açılışı oldu

21 noyabr 2019 | 16:00

Prezident İlham Əliyevin Respublikada sahibkarlığın inkişaf etdirilməsi, yerlərdə sahibkarlara əlverişli şərait yaradılması barədə tapşırıqları Göyçay rayonunda da diqqət mərkəzində saxlanılır və sahibkarlığın inkişafı üçün hər cür şərait yaradılır.
Bu gün rayonun Nizami küçəsində yeni inşa edilmiş və ən müasir tələblərə cavab verən “Bolluq” ticarət marketinin açılışında iştirak edən rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə çıxış edərək bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” fərmanına uyğun olaraq son illər ölkəmizdə biznes və investisiya mühitinin yaxşılaşdırılması, əsassız yoxlamaların ləğv edilməsi istiqamətində əməli tədbirlər görülmüş, sahibkarlığın inkişafı regionda iqtisadi siyasətin ən mühüm elementlərindən birinə çevrilmişdir. Sahibkarlığa dövlət dəstəyi tədbirləri nəticəsində sahibkarlıq subyektlərinin sayı son 16 ildə əsaslı şəkildə artmış, regionların sosial-iqtisadi problemlərinin həllində özəl sektora daha çox üstünlük verildiyini bildirmişdir. Bütün bunların nəticəsidir ki, cari ilin ötən doqquz ayı ərzində qeyri-neft sektorunda inkişaf artımı 15 faiz təşkil etmiş, bu sektora 6,3 milyard manat vəsait yönəldilmişdir ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 8,9 faiz çoxdur.
İnvestisiya və biznes mühitinin yaxşılaşdırılması Göyçay rayonunda da sahibkarlığın inkişafına güclü təkan vermişdir. Hazırda rayon ərazisində yerli və dəvət olunmuş iş adamları tərəfindən ümumi dəyəri 26,5 milyon manat olan 11 layihə həyata keçirilir. Özəl investisiya hesabına rayonun Mirzəhüseynli kəndində ümumi dəyəri 11 milyon manat olan Konyak və tünd spirtli içkilər zavodu əsaslı yenidən qurulur, “AzNar” QSC-də araq emalı müəssisəsi inşa edilir. Cari ilin ötən dövrü ərzində xeyli xidmət obyektləri də istifadəyı verilmişdir.
Tədbirdə çıxış edən iş adamları sahibkarlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə dərin minnətdarlıqlarını bildirmiş, rayon iqtisadiyyatının daha yüksəldilməsi üçün bundan sonra da səylərini əsirgəməyəcəyini bildirmişlər.
Sonda ticarət marketin rəmzi açılışından sonra tədbir iştirakçıları alıcılara yaradılan şəraitlə tanış oldular.

Keçidlər