Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda Yeni Azərbaycan Partiyasının yaranmasının 27-ci ildönümü qeyd edildi

21 noyabr 2019 | 16:00

21 noyabr 2019-cu il tarixdə Yeni Azərbaycan Partiyasının yaranmasının 27-ci ildönümü münasibəti ilə Yeni Azərbaycan Partiyasının rayon təşkilatının inzibati binasında keçirilən görüşdə rayon rəhbərliyi, partiyanın veteranları, partiya fəalları və ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Tədbir iştirakçıları ilk öncə ulu öndər Heydər Əliyevin büstü önünə gül çiçək dəstələri düzmüşlər.
YAP-ın yaranma tarixinə, ümummilli lider Heydər Əliyevin və partiyanın sədri, Prezident İlham Əliyevin fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilmişdir.
Sonra Yeni Azərbaycan Partiyasının rayon təşkilatının sədri Sahib Şükürov partiyanın yarandığı tarixi şəraitdən, keçdiyi şərəfli yoldan, ölkəmizin ictimai-siyasi həyatındakı yerindən və rolundan, 1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra partiyanın formalaşmasında, dövlətçiliyimizin qorunması və möhkəmləndirilməsi istiqamətindəki xidmətlərindən bəhs etmişdir.
Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə çıxış edərək respublikamızda qazanılan sosial-iqtisadi nailiyyətləri Yeni Azərbaycan Partiyasının apardığı məqsədyönlü siyasətin, partiyanın indiki rəhbəri, Prezident İlham Əliyevin ulu öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirməsinin məntiqi nəticəsi kimi qiymətləndirmişdir.
Yeni Azərbaycan Partiyasının rayon təşkilatı Gənclər Birliyinin sədri Tural Əhmədov fəal üzvlərdən Nuranə Həbibullayeva  və Ləman Qədirova çıxış edərək dövlət müstəqilliyimizin, partiya maraqlarının müdafiəsində, qorunmasında və inkişaf etdirilməsində gənclərin qarşısında duran mühüm vəzifələrdən danışdı.
Tədbirdə partiya sıralarına yeni qəbul olunmuş gənclərə partiya vəsiqələri təqdim olunmuşdur.

Keçidlər