Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay rayonun Müsükürlü kəndində sosial və inzibati binalar kompelksinin açılışı olub

08 noyabr 2019 | 16:00

08 noyabr 2019-cu il tarixdə Heydər Əliyev Fondu tərəfindən inşa edilmiş Göyçay  rayonunun Müskürlü  kəndində sosial, inzibati bina kompleksinin (40 yerlik uşaq bağşasının, tibb məntəqəsinin, kitabxanadan, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik və kənd bələdiyyəsi üçün iş otaqları) açılış mərasimləri olmuşdur.
Tədbirdə rayon İcra Hakimiyyəti başçısının birinci müavini İkram Vəlyev çıxış edərək bildirdi ki, Müskürlü kəndi Göyçay şəhər mərkəzindən uzaq məsafədə olan kəndlərdən biri olmasına baxmayaraq kənddə bir çox layihələr uğurla icra edilmişdir. Müasir  standartlara cavab verən  Müskürlü  kənd  orta məktəbi, Qəbələ-Müskürlü  kəndində modul tipli ibtidai məktəblərin binaları  tikilmiş, uzun  müddətli fasilədən sonra  kəndə  təbii qazın verilişi  bərpa edilmiş, kəndin  ərazisində  yeni içməli su xətti və 11 ədəd  bulaq  tikilib quraşdırılaraq əhalinin istifadəsinə verilmişdir.
Heydər Əliyev Fondu  gözəl bir təşəbbüs irəli sürərək inzibati ərazi dairəsi üzrə nümayəndəliyi, kənd bələdiyyəsini, tibb məntəqəsi, kitabxana və uşaq bağçasını  kompleks şəkildə tikilməsi təklifini etdi və qısa bir müddətdə müasir avadanlıqlarla təchiz edərək kənd əhalisinin istifadəsinə verdi.
Müskürlü kənd sosial inzibati bina kompleksi və uşaq bağçasının açılış mərasimində  çıxış edən kənd sakinləri ölkə Prezidenti İlham Əliyev cənablarına, birinci vitse-prezident Mehriban xanım Əliyeva öz dərin təşəkkür və minnətdarlıqlarını bildirmişlər.

Keçidlər