Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda təhsil işçilərinin konfransı keçirilib

03 sentyabr 2019 | 16:00

03 sentyabr 2019-cu il tarixdə Heydər Əliyev Mərkəzində  Göyçay, Ucar və Ağsu rayonlarının təhsil işçilərinin iştirakı ilə təhsil işçilərinin konfransı keçirilib.
Konfrans iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçək dəstələri düzüblər.
Heydər Əliyev Mərkəzində keçirilən konfransda ilk öncə hər üç rayonun təhsil şöbələrinin müdirləri 2018-2019-cu tədris ilinin yekunları ilə əlaqədar hesabat məruzəsi ilə çıxış ediblər.
Konfransda iştirak edən Azərbacan Respublikasının Təhsil Nazirliyinin aparat rəhbərinin müavini Fərzəli Qədirov çıxış edərək hesabatları təhlil edib, rəy və tövsiyələrini bildirib. F.Qədirov ölkə Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi diqqət və qayğısı nəticəsində son illərdə təhsil sahəsində görülən işlər, əldə edilən nailiyyətlər söz açıb.
Yekunda aparat rəhbərinin müavini hesabatlarda səsləndirilən təkliflərə rəy bildirib, yeni tədris ilində əsas fəaliyyət istiqamətləri, qarşıda duran hədəfləri diqqətə çatdırıb.
Sonda konfrans iştirakçılarının rəy, təklif, eyni zamanda sorğuları dinlənilib və cavablandırılıb.

Keçidlər