Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay ali məktəblərə qəbul olunan tələbələrlə görüş keçirilmişdir.

30 avqust 2019 | 16:00

Avqust ayının 30-da «Çinar» şadlıq evində Göyçay rayonu üzrə bu il tam orta təhsili başa vuraraq ali məktəblərə qəbul olunan tələbələrlə görüş keçirilmişdir.
Tədbirdə tələbələr və məktəb rəhbərləri ilə yanaşı qabaqcıl müəllimlər, təhsilin inkşafında xidmətləri olan veteran təhsil işçiləri, rayon ictimaiyyətinin nümayəndələri,  fənn olimpiadalarında respublika miqyaslı müsabiqələrdə, bilik yarışlarında yüksək nəticələr əldə etmiş şagirdlər də dəvət olunmuşdular.
İştirakçılar əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidə önünə gül-çiçək dəstələri düzmüşlər.
Tədbiri giriş sözü ilə rayon təhsil şöbəsinin müdiri Elnur İsmayılov açaraq tələbələri təbrik etmiş və bu il ali məktəblərə qəbul olunan tələbələr barədə geniş məlumat verərək qeyd etdi ki, qəbul olunan tələbələrdən 24 nəfər 600, 62 nəfər isə 500-dən çox bal toplayaraq yüksək nəticə göstərmiş, 1 saylı tam orta məktəbin məzunu Seyidbəyim Hüseynova 680 bal toplayaraq Bakı Dövlət Universitetinin «hüquq» fakültəsinə qəbul olmuşdur.
Tədbirdə çıxış edən Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə ali məktəbə daxil olan tələbələri bu xoş gün münasibəti ilə təbrik etmişdir. Rayon rəhbəri həiçinin qeyd etmişdir ki, milli təhsilimizə göstərilən dövlət qayğısının əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş, bu gün də bu siyasət uğurla ölkə prezidenti İlham Əliyev tərəfindən davam etdirilməkdədir.
Sonra rayon rəhbəri ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə əldə edərək 600-700 bal toplayan məzunlara rayon icra hakimiyyəti adından hədiyyələr təqdim etdi.
Tədbirdə rayon məktəbliləri, rayon Mədəniyyət Mərkəzinin musiqi kollektivləri maraqlı musiqi nömrələri ilə çıxış etmişdir.

Keçidlər