Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə şəhərin Heydər Əliyev adına parkda şəhər sakinləri ilə görüş keçirmişdir.

16 avqust 2019 | 16:00

Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadənin şəhərin Heydər Əliyev adına parkda keçirdiyi görüşdə Göyçay şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi və Göyçay bələdiyyəsinin sədrinin iştirak etmişlər. Keçirilən göyrüşdə vətəndaşlara çay süfrəsi arxasında sərbəst müraciət etmələrinə şərait yaradılmışdır.
Görüşdə rayon icra Hakimiyyətinin başçısı söhbət zamanı ölkəmizin son illərdə inkişaf sürətinə nəzər salmış və ölkə başçısı tərəfindən xeyli sayda əhalinin sosial rifah halının yaxşılaşdırılmasına, aztəminatlı ailələrin, qaçqın və məcburi köçkünlərin, müharibə veteranlarının, şəhid ailələrin, tələbələrin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən bir çox fərman və sərəncamlarından söz açdı və Göyçay şəhərində aparılan abadlıq və quruculuq işlərindən danışdı.
Sonra şəhər sakinlərinin müraciətləri dinləninldi. Şəhər sakinləri son aylar ölkə başçısı tərəfindən qəbul olmuş sosial yönümlü fərman və sərəncamlara görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına öz dərin minnətdarlığını bildirdildər.
Görüş zamanı şəhər əhalsinin problemləri dinlənilmiş, qaldırılan məsələlərin və müraciətlərin yerində araşdırılaraq həll olunması məqsədilə məsul şəxslərə tapşırıqlar verilmişdir.

Keçidlər