Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda da qurbanlar kəsilərək aztəminatlı ailələrə paylanılıb

12 avqust 2019 | 16:00

Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə, rayonun hüquq mühafizə, idarə, təşkilat və müəssisə rəhbərləri, ağsaqqalların iştirakı ilə Göyçay şəhəri Mərkəzi Məsciddə və Yuxarı Məsciddə Qurban bayramı namazı qılındı. Mərasimdə bayramın fəzilətlərindən danışılıb, ölkəmizin sülh və əminamanlıq şəraitində olması və xalqımızın firavanlığı naminə dualar oxunub. Dindarlarla görüşən rayon icra hakimiyyətinin başçısı cənab Mehdi Səlimzadə müqəddəs bayram münasibətilə göyçaylıları təbrik edərək bildirib ki, xalqımız həmişə milli-mənəvi dəyərlərinə böyük ehtiramla yanaşır. Ölkəmizdə Qurban bayramı böyük təntənə və ruh yüksəkliyi ilə qeyd edilir. İnsanları bir-birinə yaxınlaşdıran bu bayram bərəkət, mərhəmət və xeyirxah əməllərin rəmzidir.
Sonar qurbanlıq heyvanlar kəsilərək paylanılıb. Göyçay rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Qurban bayramı münasibətilə şəhid ailələri, Qarabağ müharibəsi əlillərinə, çernobıl əlillərinə, kimsəsizlərə, tənhalara və yardıma daha çox ehtiyacı olan şəxslərə, ümumilikdə 550 ailəyə qurban payı verilib. Eyni zamanda, yataq xəstəsi olan sakinlərə də baş çəkilib, onların bayramları təbrik edilib və qurban əti verilib.

Keçidlər