Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Göyçay rayonunda vətəndaşları qəbul edib

26 iyul 2019 | 16:00

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə əvvəlcə ümummilli lider Heydər Əliyevin Göyçay rayonundakı abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Qəbul zamanı vətəndaşlar pensiya və sosial müavinət, məşğulluğun təmin olunması, özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə biznesinə dəstəyin göstərilməsi, peşə hazırlığına cəlb edilmə, əmək hüquqlarının müdafiəsi, əlilliyin qiymətləndirilməsi, reabilitasiya xidmətləri ilə təminat,  ünvanlı dövlət sosial yardımı, sosial xidmətlər və s. məsələlərlə bağlı müraciət ediblər.
Nazirliyin struktur bölmələrinin rəhbər şəxslərinin iştirakı ilə keçən qəbulda müraciətlərdə əksini tapan məsələlər ətraflı araşdırılıb və aidiyyəti üzrə tədbirlər görülüb. Bir sıra vətəndaşların özünüməşğulluq proqramına, peşə hazırlığına, bərpa müalicəsinə, reablitasiya və sosial xidmətlərə cəlb edilmələri üçün S.Babayev tərəfindən tapşırıqlar verilib. Müraciətlərinə uyğun olaraq ayrı-ayrı vətəndaşlara işlə təmin edilmələri üçün vakant iş yerlərinə göndərişlər təqdim edilib.
Qəbuldan sonra Göyçay rayonunda özünüməşğulluq proqramı çərçivəsində yaradılmış təsərrüfatlara baxış keçirib. Ötən il Göyçay rayonunda 126 nəfər işsiz və işaxtaran şəxs özünüməşğulluq proqramının iştirakçısı olub. Onlar proqramın ilk mərhələsi kimi təşkil olunan təlim kurslarında iştirak edib, özünüməşğulluq fəaliyyəti, kiçik biznesin təşkili və idarəedilməsi ilə bağlı zəruri bilik və bacarıqlara yiyələniblər. Kursları bitirdikdən sonra biznes-planlarına uyğun şəkildə mal və materiallar formasında aktivlərlə təmin edilib və kiçik ailə təsərrüfatlarını yaradıblar.
S.Babayev proqram iştirakçıları ilə görüşündə vurğulayıb ki, dövlət başçısının tapşırığı ilə icra olunan özünüməşğulluq proqramı aztəminatlı ailələrin kiçik biznesə çıxışına geniş imkanları yaradıb. Proqrama cəlb olunanların sayı bundan sonrakı dövrdə də ildən-ilə artırılacaq. Əsas məqsəd ondan ibarətdir ki, həssas qruplar dövlətin bu aktiv dəstəyindən faydalanaraq rifah halını yaxşılaşdırsınlar və tədricən sahibkarlıq vərdişlərinə yiyələnsinlər.
Proqram iştirakçıları sosial sahədə aparılan uğurlu islahatlara, aztəminatlı ailələrə göstərilən böyük dəstəyə, eyni zamanda, işsizlikdən sahibkarlığa keçid imkanı yaradan özünüməşğulluq proqramının icrasına və genişləndirilməsinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər