Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay rayonunda “Açıq Mikrofon” təşkil olunub

25 iyul 2019 | 16:00

Göyçay rayonunda Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə rayon icra hakimiyyətinin basçısı, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların nümayənədləri, eləcə də rayon sakinləri iştirak edirdilər.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə çıxış edərək bildirdi ki, ölkəmizin hər bir bölgəsində olduğu kimi Göyçay rayonunda da abadlıq quruculuq işləri geniş vüsət almış, regionların sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilmiş Dövlət Proqramları sayəsində yeni məktəblər tikilmiş, yaşayış məntəqələrinə təbii qazın verilməsi təmin olunmuş, Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, vətəndaşların müraciətlərini fərdi qaydada dinləmək, təkliflərini nəzərə almaq, problemlərini operativ formada həll etmək məqsədilə kəndlərdə daima görüşlər keçirilmişdir.
Sonra Göyçay rayonunda son 3 il ərzində abadlıq, tikinti, quruculuq və “Azərbaycan Respublikası Regionlarının sosial-iqtisadi Dövlət Proqram”larının icrasına dair görülən işlər haqqında videoçarx nümayiş olundu.
“Açıq mikrofon” formatında keçirilən görüşdə çıxış edən sakinlər əsasən rayon ərazisində olan məktəblərin əsaslı təmir olunmasını, Qaçqınlar və Məcburi köçkünlər üçün yeni yaşayış binalarının və kəndlərdə müasir tibb məntəqələrinin tikilməsini, rayon Mədəniyyət evinin əsaslı təmiri, rayonda Diaqnostika Mərkəzi və hemodializ şöbəsinin yaradılması, məktəbəqədər təhsil müəssisələrinin əsaslı təmiri, barama tədarükü məntəqəsinin yaradılması və sair məsələrlə bağlı təkliflər verilmiş, rayonda aparılan abadlıq-quruculuq işlərindən razı qaldıqlarını və görülən işlərə görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişdilər.
Müraciət və təkliflər dinlənildikdən sonra sakinlərə müvafiq izahatlar verilərək qaldırılan məsələlərin həlli istiqamətində rayon rəhbəri tərəfindən müvafiq qurumların rəhbərlərinə konkret tapşırıqlar verildi.

Keçidlər