Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay rayon İcra Hakimiyyətində növbəti şura iclası keçirildi

23 iyul 2019 | 16:00

23 iyul 2019-cu il tarixdə rayon İcra Hakimiyyətinin inzibati binasında şura üzvlərinin, aidiyyəti idarə, müəssisə, təşkilat rəhbərlərinin və ərazi icra nümayəndələrinin iştirakı ilə növbəti sura iclası keçirildi.
İlk öncə uzun illər rayonda müxtəlif sahələrdə səmərəli fəaliyyət göstərən bir neçə şəxsə ölkə Prezidenti İlham Əliyev cənablarının sərəncamları ilə verilmiş “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (2018-2018)” yubiley və “Dövlət Qulluğunda fərqlənməyə görə” medalları təqdim edildi. 

Şura iclasında “Rayon ərazisində baramaçılığın inkişaf etdirilməsi sahəsində görülmüş işlər, ipəkqurdlarının becərilməsi vəziyyəti və barama məhsulunun təhvilinin yekunları barədə”,   “Şəhərin küçə, park və məhəllələrində təmizlik işlərinin aparılması, yaşıllıqlara qulluq göstərilməsinin vəziyyəti haqqında” məsələlər müzakirə edilmişdir.
Ölkə Prezidenti cənab İlham Əliyevin ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafı ilə bağlı tapşırıqlarına uyğun olaraq rayonumuzda da baramaçılığın inkişaf etdirilməsi üçün bir sıra  işlər görülmüş, barama istehsalı 2019-cu ildə 16557 kq olmuşdur ki, bu da 2018-ci illə müqayisədə 4057 kq çoxdur.
“Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”nın icrasının həyata keçirilməsi məqsədilə rayonda yem bazasının yaxşılaşdırılması istiqamətində işlər davam etdirilmiş və ümumilikdə 384600 ədəd tut tingi əkilmişdir.
Sonra rayon İcra Hakimiyyəti başçısının Göyçay şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rəşad Şükürov məlumat verərək bildirdi ki, son illər şəhərin küçə və meydanlarının abadlaşdırılması, yeni yaşıllıqların və çəmənliklərin salınması, bütövlükdə şəhər təsərrüfatının müasir tələblər baxımından yenidən qurulması istiqamətində əməli tədbirlər görülmüşdür. Lakin son günlər şəhər ərazisinin təmiz və səliqəli saxlanılmasına, məişət tullantılarının vaxtında toplanması və daşınması işlərinin təşkilində bir sıra nöqsanlara yol verilmiş, bu işlə bağlı rayon rayon icra hakimiyyətinə vətəndaşlar tərəfindən müraciətlər daxil olaraq ciddi tədbirlər görülməsi xahiş olunmuşdur. 
İclasda şura üzvləri hər iki müzakirə olunan məsələyə münasibət bildirdilər. Yekunda rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə Şura iclasının gündəliyinə daxil edilmiş məsələlərlə bağlı görülən işlər və qarşıya qoyulmuş vəzifələrin icrasını təmin etmək məqsədi ilə aidiyyəti idarə və təşkilat rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələrini verdi. Müzakirə olunan məsələlərlə bağlı Şura iclasında müvafiq qərarlar qəbul edildi.

Keçidlər