Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay rayonunda Milli Mətbuat Günü qeyd olundu

22 iyul 2019 | 16:00

22 iyul 2019-cu il tarixdə rayon İcra Hakimiyyətinin ideoloji mərkəzində Milli Mətbuat Günü münasibətilə keçirilmiş tədbirdə rayonun ictimaiyyət nümayəndələri, yerli mətbuat işçiləri, qəzet və redaksiya əməkdaşları iştirak etmişlər.
Tədbiri giriş sözü ilə rayon İcra hakimiyyətinin başçısı Mehdi Səlimzadə mətbuat işçilərini Milli mətbuat günü münasibəti ilə təbrik etmiş və onlara fəaliyyətlərində uğurlar arzulamışdır. Rayon icra hakimiyyətinin başçısı çıxış edərək qeyd etdi ki, 1993-cü ildə ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonrakı dövr Azərbaycan mətbuatının inkişafında yeni mərhələnin başlanğıcı oldu. Ölkədə yeni tipli medianın formalaşması və möhkəmlənməsi üçün dəfələrlə ciddi tədbirlər həyata keçirilmiş, KİV-lər üzərindən dövlət nəzarətinin götürülməsi və mətbuatın inkişafı üçün əlverişli mühit yaradılmağa başlanılıb.
Ümummilli Liderin ölkə mətbuatına göstərdiyi qayğı Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Respublikada nəşr olunan qəzetlərə əlavə maliyyə yardımının ayrılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı bu sahəyə diqqət və qayğının bariz nümunəsidir.
Tədbirdə çıxış edən «Ədalət» qəzetinin redaktor müavini Məzahir Əhmədoğlu, «Göyçay» qəzetinin redaktoru Abdulla Əliyev, Göyçay İnformasiya Agentliyinin «Nar» TV-nin rəhbəri Anar Nağıyev ölkə Prezidenti İlham Əliyev cənablarına mətbuat işçilərinə göstərdikləri diqqət və qayğıya görə minnətdarlıq etmişlər.
Daha sonrə peşə fəaliyyətində fərqlənən bir qrup mətbuat işçisinə rayon İcra Hakimiyyəti başçısının Təşəkkürnamələri və hədiyyələri təqdim olundu.

Keçidlər