Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Göyçayda vətəndaşları qəbul edib

13 iyul 2019 | 16:00

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, vətəndaşların müraciətlərini fərdi qaydada dinləmək, təkliflərini nəzərə almaq, problemlərini operativ formada həll etmək məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsinin sədri iyul ayının 13-də Göyçay rayonunda Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.
Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq struktur bölmə rəhbərlərinin iştirakı ilə keçən qəbulda K.Həsənov tərəfindən bütün müraciətlər diqqətlə dinlənilib. Əksər məsələlər elə yerindəcə öz müsbət həllini tapıb. Digər müraciətlər nəzarətə götürülüb və qısa zamanda, qanunvericiliyə uyğun şəkildə həll olunması ilə bağlı komitə sədri tərəfindən göstərişlər verilib. Səsləndirilən bir neçə müraciətin komitənin fəaliyyət istiqamətinə aid olmaması vətəndaşlara izah edilib və digər qurumlara göndərilməsi üçün qeydiyyata alınıb.
Komitə rəhbərliyinə ünvanlanan müraciətlərin mövzuları əsasən daşınmaz əmlakın qeydiyyatı, dövlət əmlaklarının özəlləşdirilməsi, torpaqlardan faktiki istifadə qaydaları ilə bağlı olub. Eyni zamanda, torpaqların kadastr uçotuna alınması, ölçülərinin müəyyən olunması, hərraclarda iştirak kimi məsələlərə aid müraciətlər də səsləndirilib.
Torpaqların təyinatına uyğun istifadəsindən danışan komitə sədri bildirib ki, bu istiqamətdə qanunvericiliyə riayət olunması ilə bağlı tədbirlər gücləndirilib. Paytaxt və regionlarda monitorinqlər aparılır və mənfi halların aradan qaldırılması sahəsində işlər görülür.
Qəbuldan sonra keçirilən iclasda K.Həsənov qeyd edib ki, vətəndaşlara hər bir struktur bölmədə yüksək səviyyəli xidmət göstərilməli, komitə əməkdaşları tərəfindən bütün müraciətlərə qayğı və həssaslıqla yanaşılmalıdır. Fəaliyyət sahələri üzrə göstərilən xidmətlərdə maksimum məmnunluq, əlçatanlıq və çevikliyin təmin olunması məqsədilə bütün zəruri tədbirlərin görülməsi barədə tapşırıqlar verilib.

Keçidlər