Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etməyə başlamasının 50 illiyi münasibətilə Göyçayda tədbir keçirilib

12 iyul 2019 | 16:00

12 iyul 2019-cu il tarixdə Yeni Azərbaycan Partiyasının Göyçay rayon təşkilatında Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etməyə başlamasının 50 illiyi münasibətilə Göyçayda tədbir keçirilib
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin Yeni Azərbaycan Partiyasının Göyçay rayon təşkilatında büstünün önünə tər gül dəstələri qoyublar.
Sonra tədbir iştirakçıları dahi rəhbər, müdrik siyasətçi Heydər Əliyevin  zəngin və mənalı ömür yolunu əks etdirən sənədli filmə baxıblar.
Yığıncagı giriş sözü ilə açan Göyçay rayon icra hakimiyyəti başçısının birinci müavini İkram Vəliyev çııxış edərək, Ulu Öndərin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən, müdrik siyasətçinin xilaskarlıq missiyasından, respublikamıza rəhbərlik etdiyi dövrlərdə əldə olunan uğurlardan danışıb. Ulu öndər Heydər Əliyevin 1969-cu ildə Azərbaycana rəhbərlik etdiyi dövrlər ölkə həyatının bütün sahələrində yeni inkişaf dövrü kimi tarixə düşüb.
Respublikada yeni istehsalat müəssisələri açılıb, sosial obyektlər, o cümlədən yaşayış binaları, xəstəxanalar, mədəniyyət ocaqları, məktəblər, uşaq bağçaları inşa olunub. Sənaye inkişaf etdirilib, kənd təsərrüfatının yüksəlişi istiqamətində məqsədyönlü işlər görülüb. Aparılan ciddi islahatlar, həyata keçirilən silsilə tədbirlər nəticəsində Azərbaycan sürətlə inkişaf edib.
Ümumilli lider Heydər Əliyev 1993-cü ildə Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra müasir Azərbaycan dövlətinin inkişafı başlıyıb ki, bu gün də bu siyasi kurs hazırda Prezident İlham Əliyev cənabları tərəfinlən uğurla davam etdirilir.
Tədbirdə Yeni Azərbaycan Partiyasının Göyçay rayon təşkilatının sədri Sahib Şükürov geniş məruzə ilə çıxış etmişdir.
Yekunda vaxtilə ulu öndər Heydər Əliyevlə görüşmüş göyçaylılar onunla bağlı xatirələrini bölüşüblər.

Keçidlər