Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Silahlı qüvvələr günü münasibətilə Göyçayda tədbir keçirildi

26 iyun 2019 | 16:00

26 iyun 2019-cu il tarixdə Göyçay şəhər Əli Kərim adına parkda 26 iyun-Azərbaycan Respublikası Silahlı Qüvvələri günü münasibətilə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı, hüquq mühafizə orqanlarının rəhbərləri, Qarabağ müharibəsi veteranları və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə daha sonra Azərbaycanın ərazi bütövlüyü uğurunda həlak olmuş şəhidlərimizin abidə kompleksinə gül dəstələri düzərək xatirələrini ehtiramla yad etmişlər.
Göyçay şəhər Əli Kərim adına parkda davam edən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə çıxış edərək Azərbaycan Prezidentinin 22 may 1998-ci il tarixli sərəncamına əsasən 26 iyun Silahlı Qüvvələr günü élan edilməsi və hər il Azərbaycan xalqının bu günü bayram etməsini qeyd edib. Mehdi Səlimzadə Azərbaycan Silahlı Qüvvələri bu gün Cənubi Qafqazda ən güclü ordu hesab olunduğunu vurğulayıb. Ali Baş Komandan, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuzun döyüş qabiliyyəti daim yeniləndiyini, gücləndiyini və düşmənə hər an cavab verməyə hazır olduğunu xüsusi qeyd edib.
Sonra rayon Polis Şöbəsinin rəisi Sənan Əsədov, Qarabağ Veteranlar Cəmiyyəti rayon şöbəsinin sədri Rövşən Şərifov, rayon Təhsil işçiləri Həmkarlar İttifaqının sədri Almaz Cəfərova, rayon Veteranlar Şurasının sədri Atəş Salahov və digərləri Prezident İlham Əliyevin ordumuzun döyüş qabiliyyətinin yüksəldilməsinə göstərdiyi diqqət və qayğını, ordu ilə xalqın birliyini qeyd edərək Azərbaycan Ordusunun bugünkü nailiyyətləri ilə xalqımızın qürur hissi keçirdiyini vurğulamışlar.

Keçidlər