Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda tibb işçilərinin peşə bayramı günü qeyd olunub

17 iyun 2019 | 16:00

Göyçayda «17 iyun – tibb işçilərinin peşə bayramı” günü qeyd olunub.
Tibb işçiləri əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar.
Şəhər mərkəzində davam edən tədbirdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı cənab Mehdi Səlimzadə rayonda insanların sağlamlığının keşiyində duran tibb işçilərini peşə bayramı günü münasibətilə təbrik edib, onlara bu çətin və şərəfli işlərində uğurlar arzulayıb.
Azərbaycan səhiyyəsinin tarixində bütün dövrlərdə güclü tibb işçiləri olduğunu bildirib, Əziz Əliyevin, Zərifə xanım Əliyevanın ölkə səhiyyəsinin inkişafındaki xidmətlərdən danışıb.
Bu gün də ölkə səhiyyəsinin maddi-texniki bazasının möhkəmləndirilməsində, yeni müasir xəstəxanaların tikintisində möhtərəm prezident İlham Əliyev cənablarının və Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xüsusi xidmətlərinin olduğu qeyd edib.
Sonra səhiyyə sahəsində səmərəli fəaliyyətinə görə fərqlənən  tibb işçiləri fəxri fərman, təşəkkürnamə və qiymətli hədiyyələrlə  mükafatlandırılıblar.
Rayon mərkəzi xəstəxanasının həkimləri Xanım Cəfərova, Sərraf Davudov və Nuranə Rəhimova çıxış edərək ölkə rəhbərliyinə tibb işçilərinə göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.
Sonda tədbir konsert proqramı ilə davam edib.

 

Keçidlər