Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay rayonunda 15 iyun - Milli Qurtuluş günü ilə əlaqədar tədbir keçirildi

15 iyun 2019 | 16:00

Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günü münasibəti ilə şəhər mərkəzində, Yaşıl teatr adlanan ərazidə təşkil olunmuş bayram tədbirində rayon icra hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzinin qarşısında - Ulu Öndərin abidəsi önünə gül dəstələri düzmüş və şəhərin Ə.Kərim küçəsi ilə Natəvan küçəsinin kəsişməsində yeni inşa edilmiş, üzərində çinar və nar görüntüləri əks olunmuş postamentin və həmin ərazidə istirahət parkının açılışı olmuşdur.
Bayram konserti ilə davam edən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı şəhər sakinlərini salamlayaraq təbrik etmiş və Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan günlərdən biri olan 15 iyun-Milli Qurtuluş Günü haqqında ətraflı məlumat verərək bildirmişdir ki, Milli Qurtuluş Günü sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun Azərbaycan xalqının ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarix isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan bir insan Azərbaycan xalqının Ümummili lideri, Ulu Öndər - Heydər Əliyevin adı ilə bağlıdır.
Tədbirdə rayon gəncləri adından Aysel Məmmədova və digərləri çıxış etmişlər.
Sonda bir qrup rayon fəalı rayon icra hakimiyyətinin fəxri fərmanları ilə təltif edilmişdir.

Keçidlər