Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay rayonunun Üngütlü kəndində Zülfüqar Hacıyevin yanğın nəticəsindən yanmış evinə rayon rəhbərləri tərəfindən baxış keçirilmişdir.

27 may 2019 | 16:00

May ayının 26-da gece saatlarında Göyçay rayonunun Üngütlü kəndində Hacıyev Zülfüqar Adil oğluna məxsus 127 kvadratmetr olan birmərtəbəli, üçotaqlı evdə naməlum səbəblərdən baş vermiş yanğın iki otağının yanması ilə nəticələnmişdir.
Yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri alovun evdən kənar sahələrə və sanitar qovşağa keçməsinin qarşısını almışlar. Evin 4 otağı və mətbəxi əşyalarla birlikdə yanmışdır. Yanğının zamanı ailə üzvlərindən xəsarət alan olmamışdır. 
Yanğın baş verən günün səhəri rayon İcra Hakimiyyətinin başçısı cənab Mehdi Səlimadə əlaqədar təşkilatlarının rəhbərləri ilə birgə səhər saatlarında yanğın baş vermiş  Üngütlü kəndində yerləşən Z.Hacıyevə məxsus evdə olublar.
Rayon İcra Hakimiyyətinin başçısı rayon İcra Hakimiyyətinin məsul işçilərinə və aidiyyatı təşkilatların nümayəndələrinə lazımi köməkliyin göstərilməsi üçün müvafiq tapşırıqlar vermişdir

Keçidlər