Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının Gənclər Birliyinin V hesabat konfransı keçirildi

24 may 2019 | 16:00

24 may 2019-cu il tarixdə Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib.
Konfransında Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov, Milli Məclisin üzvləri Sabir Hacıyev, Cavid Osmanlı, Azərbaycan Dövlət Neft və Sənaye Univeristetinin rektoru Mustafa Babanlı, Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə, Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının fəalları və rayonun gəncləri iştirak ediblər.
Konfrans iştirakçıları ilk olaraq Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.
Konfransda YAP Göyçay rayon təşkilatının keçən müddət ərzində görülən işlər və qarşıda duran məsələlər müzakirə edilib.
Konfransda YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov  çixiş edərək qarşıya qoyulan məqsədlər, eləcə də gənclərin partiyadakı rolu, ölkə rəhbərliyinin Azərbaycan gəncliyinə göstərdiyi davamlı diqqət və qayğısı barədə danışıb. Yeni Azərbaycan Partiyasının sıralarında da gənclərin böyük çoxluq təşkil etməsi Ulu Öndər Heydər Əliyevin onlara diqqət və qayğısından qaynaqlandığını bildirməklə bu gün də bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib. 
Son illərdə rayon gənclərin partiyanın inkişafında fəal mövqe tutduğunu bildirdi. Hazırda rayon təşkilatında 8065 nəfər YAP üzvünün 3324 nəfərini gənclər, 1938 nəfəri isə qadınlardan ibarət olduğunu qeyd edib.
Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının Gənclər Birliyinin sədri Aytən Nəbiyevanın hesabat məruzəsi dinlənilib.
Hesabat məruzəsi ətrafında çıxış edən gənc fəallar Tural Əhmədov, İlkin Rzayev ölkəmizdə yürüdülən uğurlu gənclər siyasətindən danışaraq, əldə edən nailiyyətlərin hər birinin Azərbaycanın daha uğurlu gələcəyinə stimul verdiyini qeyd etmiş, ölkə gəncliyinin partiyanın sədri, ölkə prezidenti cənab İlham Əliyevin ətrafında daha sıx birləşdiyini bildiriblər.
Məruzələrdən sonra təşkilati məsələlərə baxılıb. Tural Əhmədov  YAP Göyçay rayon təşkilatının Gənclər Birliyinin sədri seçilib.
Konfransda YAP Gənclər Birliyinin ümumrespublika konfransına nümayəndələri də seçilib.
Daha sonra  Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov, Milli Məclisin deputatları Sabir Hacıyev, Cavid Osmanov, Azərbaycan Dövlət Neft və Sənaye Univeristetinin rektoru Mustafa Babanlı, Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə çıxış edərək YAP Göyçay rayon təşkilatı Gənclər Birliyinin yeni seçilmiş sədri Tural Əhmədovu və partiyanın yeni üzvlərini təbrik ediblər.
Sonda Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev cənablarına tədbir iştirakçıları adından müraciət qəbul olunub.


 

Keçidlər