Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Çernobıl Qəzasının 33-cü il dönümünə həsr olunmuş yığıncaq keçirilmişdir.

26 aprel 2019 | 16:00

26 aprel 2019-cu il tarixdə Göyçay rayon icra hakimiyyətinin inzibati binasında keçirilən yığıncaqda rayon icra hakimiyyətinin başçısı, idarə və müəssisə rəhbərləri iştirak ediblər.
Çernobıl qəzasının iştirakçıları əvvəlcə Ulu Öndərin xatirəsini yad edərək abidəsi önünə  gül çiçək dəstələri düzüblər.
Yığıncaqda dünyasını dəyişmiş Çernobıl qəzası iştirakçılarını əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilir.
Tədbiri  giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı cənab Mehdi Səlimzadə bildirdi ki, 33 il əvvəl, 1986-cı il aprelin 26-da Çernobıl Atom Elektrik Stansiyasında qəza baş verdi. Bu, bütün dünyanın atom energetikası tarixində ən böyük qəza idi. 1986-ci ildə həmin gün isə ölkə milyonlarla insanın taleyini dəyişəcək faciənin dəhşətli nəticələri haqqında hələ heç nə bilmirdi. Bütün dünyanı sarsıdan hələ də fasadları aradan qalxmayan Çernobıl Atom Elektrik Stansiyasındakı faciə heç vaxt yaddaşlardan silinmiyəcək. Ümummilli liderimiz, faciə baş verən zaman dəfələrlə qəza zonasına səfər etmiş və dəhşətləri öz gözləri ilə görmüş  Heydər Əliyevin qayğı və təşəbbüsü sayəsində,  1993-cü ilin dekabrında Milli Məclis “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərərçəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” qanun qəbul edib. Bu gün Azərbaycanda bu qanunu əsas tutaraq, Çernobıl əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, onların sağlamlığının qorunması istiqamətində dövlət tərəfindən zəruri tədbirlər həyata keçirilir.
Rayon icra hakimiyyəti başçısının müavini Ədalət Dövlətov çıxışında qey etdi ki, o dövrdə bütün keçmiş sovet respublikalarından qəzanın aradan qaldırılmasında iştirak etmək üçün insanlar cəlb edilmişdi. Ümumiyyətlə, qəza zamanı digər sovet respublikaları kimi Azərbaycandan da əsasən gənclərdən ibarət 7 min nəfərdən çox, o cümlədən 59 nəfər Göyçaylı  vətəndaşımız böyük təhlükəyə baxmayaraq, Çernobıla yollandı. Onların çoxu elə oradaca həlak olur, qalanları isə ömürlük əlillik qazanır və ya ağır xəstəliklərə tutulurlar.
Bu gün onlardan 3 min nəfəri, o cümlədən 11 nəfər  Göyçaylı artıq  dünyasını dəyişmişdir. Hazırda Azərbaycanda 5 mindən artıq Çernobıl qəzasının iştirakçısı var. Onların 90 faizindən çoxu əlillik statusu alıb.
Daha sonra Rayon Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsinin sədr  müavini  Elxan Babayev,  “Çernobıl Əlilləri İttifaqı” İctimai Birliyinin rayon şöbəsinin sədri Şahnəzər Səlimov və Çernobıl qəzası iştirakçısı Mehman Eminov çıxışlarında bildirdilər ki, Prezident İlham Əliyev tərəfindən Çernobıl əlillərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində aparılan sosial siyasətin mühüm istiqamətlərindən birini təşkil edir.
Daha sonra Çernobıl əlillərinin problemləri dinlənilib, həlli mümükün olan məsələlər bağlı aidiyyatı təşkilatlara tapşırıqlar verilib, maddi yardımlar göstərilib.

Keçidlər