Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay rayonunda dindarlarla görüş keçirilmişdir.

12 mart 2019 | 16:00

Göyçay şəhəri Mərkəzi Məsciddə və Yuxarı Məsciddə keçirilən görüşdə rayon İcra Hakimiyyətinin başçısı, aparatın məsul əməkdaşları, hüquq və mühafizə orqanlarının rəhbərləri, DQİDK-nın Ucar bölgəsi üzrə şöbə müdiri, rayon ziyalılar, dini icma sədrləri, din xadimləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Göyçay rayon İcra Hakimiyyətinin başçısı cənab Mehdi Səlimzadə qeyd etdi ki,  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət-din sahəsində apardığı uğurlu siyasət öz müsbət nəticələrini verməkdədir. Ölkə rəhbəri dindarlara, onların sosial həyat şəraitinin yaxşılaşması üçün müvafiq sərəncamlar imzalayır. Rayonda dini durumun sabit vəziyyəti və 2018-ci ildə görülmüş işlər, qarşıda duran vəzifələr barədə məlumat verib.
Daha sonra rayon İcra Hakimiyyəti başçsının müavini Ədalət Dövlətov, Dini İcmanın sədri Müşviq Əsgərov, ağsaqqal Səfər Qəniyev çıxışlarında rayonda tolerantlıq və multikulturalizmin qorunub saxlandığını, dini durumun sabitliyini diqqətə çatdırıblar.
İştrakçılar Mərkəzi Məscidin ərazisində yeni inşa edilmiş mərasim zalına baxış keçirilmişdir. 
Futzal üzrə Göyçay rayon birinciliyində  Göyçay şəhər Yuxarı Məscidin “Zülfüqar” komandası birinci yer tutduğu üçün rayon İcra Hakimiyyətinin başçısı tərəfindən kubokla təltif olunmuşdur.
Sonda icma sədrlərini maraqlandıran suallar cavablandırılmış və 2019-cu ildə görüləcək işlər, həyata keçiriləcək tədbirlər barədə tapşırıqlar verilmişdir.

Keçidlər