Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay rayonunda məcburi köçkün ailələləri üçün yeni binanın tikintisi davam etdirilir.

11 mart 2019 | 16:00

Göyçay rayon İcra Hakimiyyətinin başçısı məcburi köçkün ailələri üçün inşa olunan çoxmərtəbəli yaşayış binasında tikinti işlərinin gedişi ilə tanış olub.
Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev cənablarının qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasını həmişə diqqətdə saxlayır və bununla bağlı  müvafiq fərman və sərəncamlar imzalayır. 
Göyçay rayonunda yataqxana binalarında müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə cari ilin yanvar ayından 80 mənzilli 5 mərtəbəli yaşayış binasının tikintisinə başlanılmışdır. Binanın istifadəyə verilməsi ilin sonunadək nəzərdə tutulmuşdur.
Şəhid ailələrinə, Qarabağ müharibəsi veteranlarına, əlillərinə, eləcə də məcburi köçkün ailələrinə daim qayğı ilə yanaşılır, onları narahat edən məsələləri yerindəcə öyrənilir, qayğıları ilə maraqlanılır. Rayon ərazisində məskunlaşımış məcburi köçkün ailələri ilə mütəmadi görüşlər keçirilir, qaldırılan hər bir məsələnin dərhal həll olunması nəzarətə götürülür.

Keçidlər