Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay rayon Müskürlü kəndində tikinti kompleksinə baxış keçirilmişdir.

11 mart 2019 | 16:00

Tikintisinə 2018-ci ilin noyabr ayında ayında başlanan kompleksə Göyçay rayon İcra Hakimiyyətinin başçısı, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, eləcə də kənd ictimaiyyətinin nümayəndələri iştirak edərək yaxından tanış olmuşlar.
Ümumi sahəsi 500 kv.m. olan ərazidə inşa edilən 23 otaqdan ibarət tikinti kompleksində körpələr evi uşaq bağçası, kitabxana, kənd əhalisinə xidmət edən tibb məntəqəsi və tibb məntəqəsinin müayinə otağı, Müskürlü kənd inzibati ərazi dairəsi nümayəndəliyi və Müskürlü kənd bələdiyyəsi üçün inzibati otaqlar, həmçinin geniş iclas zalı yaradılacaqdır.
Rayon rəhbəri ölkə prezidenti İlham Əliyev cənablarının bölgələrdə infrastruktur  obyektlərinin tikintisinin aparılması çərçivəsində Göyçay rayonunda da genişmiqyaslı quruculuq işlərinin həyata keçirildiyini, Müskürlü kəndində tikiləcək bu kompleksin tikintisinin ilin sonunadək tamamlanacağını qeyd etdi.

Keçidlər