Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Yeni Azərbaycan Partiyasının rayon təşkilatının yaranmasının 26-cı ildönümü münasibəti ilə tədbir keçirilmişdir.

06 mart 2019 | 16:00

Tədbirdə iştirak edən rayon İcra Hakimiyyətinin başçısı, Milli Məclisin üzvləri, icra aparatının məsul işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri rayon ictimiaiyyətinin nümayəndələri əvvəlcə ulu öndər  Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.
Yeni Azərbaycan Partiyasının rayon təşkilatının inzibati binasında keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı cənab Mehdi Səlimzadə çıxış edərək bildirdi ki,  dünyada və bölgəmizdə gedən proseslərdən asılı olmayaraq Azərbaycan uğurla və sürətlə inkişaf etmiş, iqtisadi sahədə böyük uğurlar əldə edilmişdir. Göyçay rayonunda da tikinti, quruculuq və abadlıq işlərinin sürətləndirilməsi, yeni istehsal, ticarət və xidmət obyektlərinin inşa edilməsi istiqamətində bir sıra tədbirlərin həyata keçirildiyini bildirmişdir.
Həmçinin tədbirdə çıxış edən Milli Məclisin deputatları Şəmsəddin Hacıyev, Hadı Rəcəbli və Elman Nəsirov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının son günlər imzaladığı sosial yönümlü layihələrin və aparılan uğurlu islahatlarla bağlı ölkəmizin iqtisadi arenada güclü dövlət olmasını bir daha sübut etdiyini bildirmişlər.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının yaranmasının 26-ci ildönümü münasibəti ilə bağlı partiya fəallarından bir qrup şəxslər təltif edilmişdir.
Tədbir iştirakçıları şəhərdə, bayraq muzeyində aparılan tikinti quruculuq işlərinə, rayonun Alpout kəndində istifadəyə verilmiş Alpout kənd uşaq bağçasında yaradılan şəraitlə tanış olmuşlar.

Keçidlər