Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay rayonunda da tibbi müayinə davam edir

04 mart 2019 | 16:00

Prezident İlham Əliyevin tapşırığına əsasən respublikamızın bütün bölgələrində olduğu kimi, Göyçay rayonunda da əhalinin kütləvi tibbi müayinəsi davam edir.
Tibbi müayinələr əvvəlcədən tərtib olunan qrafik əsasında rayonun 56 yaşayış məntəqəsində, habelə təşkilat və kollektivlərdə aparılır. Rayon üzrə 85517 nəfər müayinə olunmalıdır. İndiyədək 19445 nəfər müayinədən keçib. Onlardan 584 nəfəri ambulator, 111 nəfəri stasionar müalicəyə cəlb edilib. 36 nəfər isə ixtisaslaşdırılmış tibb müəssisələrinə göndərilib. Aksiya may ayınadək davam edəcəkdir.

Keçidlər