Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda Dövlət Yanğından Mühafizə xidməti əməkdaşlarının peşə bayramı qeyd olunub.

10 oktyabr 2018 | 16:00

Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, veteran, prokurorluq işçiləri, rayonun ictimaiyyətin nümayəndələrinin iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə çıxış edərək  yanğınsöndürmə əmədaşlarını və Dövlət Yanğından Mühafizə xidmətinin yaradılmasının 100-cü ildönümü münasibəti ilə səmimi qəlbdən təbrik etmiş, Ümummili Lider Heydər Əliyevin 2002-ci ildə imzaladığı Sərəncamla hər il oktyabrın 10-u yanğınsöndürənlərinin peşə bayramı kimi qeyd olunduğunu vurğuladı.  Bu gün yanğın təhlükəsizliyi orqanları ölkəmizdə, o cümlədən Göyçay rayonunda diqqət və qayğı ilə əhatə olunub, ölkəmizdə bu sahənin maddi-texniki bazanın gücləndirilməsi, şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər görülüb.
Daha sonra Aran Regional Yanğından Mühafizə xidmətinin əməkdaşı Seymur İbrahimov çıxışında nazirliyə məxsus nəqliyyat vasitələrinin üzərində tanınma nişanlarının, xüsusi işıq və səs siqnallarının yerləşdirilməsini təmin edən texniki tələblər müəyyən edilmiş və dövlət standartları formasında təsdiq edilməsini qeyd etdi. Rayon Ağsaqqallar Şurasının sədri Atəş Salahov, rayon Polis İdarəsinin rəisi Sənan Əsədov, rayon İcra Hakimiyyəti Başçısının 1-ci müavini, rayon Föqəladə Hallar Komisiyasının sədri İkram Vəliyev Dövlət Yanğın Mühafizəsi xidmətinin əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edərək, cəsur, mərd və məsuliyyətli vətən övladlarına işlərində uğurlar arzuladılar.
Tədbirin sonunda rayon İcra Hakimiyyəti başçısı tərəfindən yanğınsöndürənlərindən bir qrup əməkdaşa fəxri fərman və hədiyyələr təqdim olunub.

Keçidlər