Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda Uşaqların Beynəlxalq Müdafiəsi günü qeyd edilib

01 iyun 2018 | 16:00

1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Göyçay Gənclər Mərkəzində bayram şənliyi keçirilmişdir.
Tədbirdə rayonun orta məktəblərinin şagirdləri, uşaq bağçalarında təlim-tərbiyə alan uşaqlar, habelə Göyçayda məskunlaşmış məcburi köçkün ailələrinin uşaqları iştirak etmişlər.
Uşaqlar ilk öncə ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, abidəsi önünə gül dəstələri qoyublar.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı cənab Mehdi Səlimzadə çıxış edərək ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyinin bütün dövrlərində uşaqlara, xüsusilə kimsəsiz və valideyn himayəsindən məhrum olmuş uşaqlara dövlət tərəfindən yüksək diqqət və qayğı göstərildiyini bildirmiş və bu gündə bu siyasətin Azərbaycan Resbublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən davam etdirildiyini qeyd etmiş, Azərbaycan Respublikasının birinci vitse- prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yeni uşaq bağçaları-körpələr evlərinin inşa edilməsi haqqında söhbət açılmışdır.
Bayram şənliyində uşaq musiqi və rəqs kollektivləri rəngarəng konsert proqramı ilə iştirakçılara xoş ovqat bəxş etmişlər.

Keçidlər