Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay şəhərində kitab sərgisi təşkil olunub.

07 may 2018 | 16:00

May ayının 7-də Heydər Əliyev Mərkəzinin qarşısındakı meydanda ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibəti ilə kitab sərgisi təşkil olunub.
Tədbirdə Göyçay rayon İcra Hakimiyyəti Başçısı, rayonunun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdilər, önünə gül dəstələri düzərək ulu öndərin əziz xatirəsini böyük  ehtiramla yad etdilər.
Sərgidə çıxış edən natiqlər kitab sərgisinin təşkil olunmasının  böyük əhəmiyyəti olduğunu vurğulamaqla yanaşı, bu cür tədbirlər  əhalinin  ələxsus  gənc nəslin bilik  və savadının  artırılmasına xidmət edəcəyini qeyd etmişlər. “Ölkədə siyasi, iqtisadi və mənəvi sahələrdə sistemli dəyişikliklər, ictimai şüurun müasirləşdirilməsi proqramı və bu proseslərdə kitabın xüsusi rolu olduğunu vurğulamışlar.
Sonda kitab sərgisinə baxış keçirilmişdir. 

Keçidlər