Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatı prezident seçkilərinin başa çatması ilə bağlı təntənəli tədbir təşkil edib

12 aprel 2018 | 16:00

Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatı prezident seçkilərinin başa çatması ilə bağlı şəhər mərkəzində təntənəli tədbir keçirib.
Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, partiyanın çoxsaylı fəalları iştirak ediblər.
Seçkiöncəsi YAP-ın təşkil etdiyi “İlhamla irəli” təşviqat kompaniyasının  yekun tədbiri olan toplantıda çıxış edən Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Sahib Şükürov iştirakçıları prezident seçkilərinin uğurla başa çatması münasibətilə təbrik edib.
Tədbirdə rayonun ictimai-siyasi həyatında səmərəli fəaliyyət göstərən bir qrup Yeni Azərbaycan Partiyasının üzvü mükafatlandırılıb.
Tədbir incəsənət ustalarının konsert proqramı ilə davam edib və atəşfəşanlıqla yekunlaşıb.

Keçidlər