Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay rayonunda kəndlərin içməli su ilə təminatı yaxşılaşdırılıb.

06 mart 2018 | 16:00

“Əhalinin içəli su ilə təminatının yaxşılaşdırlmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 mart 2017-ci il tarixli Sərəncamına uyğun olaraq Göyçay rayonunda həyata keçirilən layihələr uğurla yekunklaşıb. Bu münasibətlə rayonun Bığır kəndində açılış mərasimi keçirilib. Açılış mərasimində rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə çıxış edərək qeyd edib ki, rayonun kədlərində içməli su təchizatı həmişə aktula olub. Ölkə başçısı İlham Əliyev cənabları tərəfindən imzalanmış sərəncamlar əsasında Respublikanın digər bölgələrində olduğu kimi Göyçay rayonunda da kənd əhalisinin içməli su ilə təminatının yaxşılaşdırlması sahəsində əməli tədbirlər görülmüş təkçə bu il rayonun 15 kəndinin içməli su ilə təminatı yaxşılaşdırılmışdır.
“Azərsu” ASC-nin sədr müavini Seymur Seyidov mərasimdə çıxış edərək Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində əhalinin içməli su ilə təminatının yaxşılaşdırlması sahəsində həyat keçirilən tədbirlər haqqında ətraflı məlumat vermiş və Bığır kənd sakinlərinin timsalında rayonun içməli su ilə təmin olunan bütün kəndlərinin sakinləri təbrik etmişdir.
Yekunda rayonun kənd yaşayış məntəqlərinə içməli suyun verilməsini bildirən rəmzi bulağın açılışı oldu.

Keçidlər