Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

8 mart - beynəlxalq qadinlar günü Göyçay rayonunda da qeyd edilib

07 mart 2018 | 16:00

8 mart–Beynəlxalq Qadınlar Günü münasibətilə Göyçay şəhərindəki “Şah” şadlıq sarayında keçirilən bayram tədbirində rayonun ictimai-siyasi həyatında fəal iştirak edən, dövlət qulluğunda, elm, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə çalışan qadınlar, həmçinin şəhid anaları iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzərək ümummilli liderin əziz xatirəsini böyük  ehtiramla yad ediblər.
Bayram süfrəsi arxasında davam edən tədbirdə çıxış edən Göyçay rayon İcra Hakimiyyətinin başçısı cənab Mehdi Səlimzadə qadınları bu əlamətdar gün münasibətilə təbrik edib,  Azərbaycanda qadınlara göstərilən dövlət qayğısından, onların cəmiyyətimizdə tutduqları yüksək mövqedən, ölkənin birinci vtse-prezidenti Mehriban xanım Əliyevanın gerçəkləşdirdiyi uğurlu layihələrdən bəhs edib. Rayonda keçirilən ictimai-siyasi tədbirlərdə fəal iştirak edən, gənc nəslin təlim-tərbiyəsində əməyi olan rayon təhsil şöbəsinin metodisti Kəbirə Həbibovanın ölkə prezidenti İlham Əliyev cənablarının sərəncamı ilə «Tərəqqi» medalı ilə təltif edilməsi Azərbaycan qadının əməyinə verilmiş ən yüksək dəyər kimi qiymətləndirilib.
Tədbirdə bir qrup fəal qadın rayon icra hakimiyyəti başçısının fəxri fərmanı ilə təltif edilib və hədiyyələr verilib.
Sonda tədbir konsert proqramı ilə davam edib.

Keçidlər