Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda 02 fevral gənclər günü silsilə tədbirlərlə qeyd olunub

02 fevral 2018 | 16:00

Göyçayda 02 fevral gənclər günü münasibəti ilə “Şah” şadlıq evində tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.
Sonra istedadlı gənclərin əl işlərindən ibarət sərgiyə baxış olub.
İcra sturukturları və hüquq-mühafizə orqanları rəhbərlərinin, idarə, müəssisə və təşkilat kollaktivlərinin, təhsil və səhiyyə işçilərinin iştirak etdikləri ümumrayon bayram toplantısında yeni nəslin fiziki və mənəvi inkişafına göstərilən dövlət qayğısından danışılıb.
Göyçayda Olimpiya İdman Kompleksinin, Gənclər Mərkəzinin istidadəyə verilməsi, mərkəzi stadionun əsaslı şəkildə yenidən qurulması, müasir idman obyektlərinin inşası yüksək dövlət qayğısı kimi qiymətləndirilib.
Tədbirdə çıxış edən Göyçay rayon icra hakimiyyətinin başçısı cənab Mehdi Səlimzadə gəncləri bu əlamətdar hadisə münasibətilə təbrik edib.Onların nümunəvi təhsil almaları, inkişafı və məşğulluqlarının təminatı üçün yaradılan şəraitin əhəmiyyətini vurğulayıb. Gənclərin təhsil, idman və digər sahələrdə davamlı qazandıqları uğurları diqqətə çatdırıb. Yeni nəslin üzərinə düşən məsuliyyət yükündən bəhs edib.
Ağsaqqallar gənc və yeniyetmələrə xoş arzularını bildiriblər. Gənclər çıxışında onlara göstərilən etimaddan, diqqət və qayğıdan minnətdarlıqla söz açıblar.Azərbaycan dövlət gənclər siyasətinin bəhrələrindən bəhs edən videoçarx nümayiş etdirilib.İctimai-mədəni həyatda fəallıq göstərən bir qrup gəncə fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.
Tədbir maraqlı konsert proqramı ilə davam etdirilib.

Keçidlər