Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Dekabr ayının 06-da Göyçayda rabitə və yüksək texnologiyalar sahəsinin işçilərinin peşə bayramı günü qeyd olunub.

06 dekabr 2017 | 16:00

 

Göyçay rayon Telekommunikasiya qovşağında keçirilən tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı cənab Mehdi Səlimzadə rabitə və yüksək texnologiyalar sahəsinin işçilərinin peşə bayramları günü münasibəti ilə təbrik edib və Azərbaycan rabitəsinin inkişaf yolundan danışıb. Ulu öndər Heydər Əliyevin Azərbaycana ilk dəfə rəhbərlik etməyə başladıqdan sonra digər sahələrlə yanaşı, rabitə sahəsi də inkişaf yoluna qədəm qoymuşdur. Bu sahənin inkişafı həmişə diqqətdə saxlayıb. Azərbaycanda rabitənin inkişafı istiqamətində atılmış ən mühüm addımlardan biri ümummilli lider Heydər Əliyevin 2003-cü fevralın 17-də “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə 2003-2012-ci illəri əhatə edən Milli Strategiyanın” təsdiq edilməsi haqqında sərəncamı olub və ötən müddətdə respublikada informasiya-kommunikasiya texnologiyaları sahəsində reallaşdırılan siyasət məhz bu strategiyanın üzərində qurulub. Bu inkişaf Prezident İlham Əliyev cənablarının da diqqət mərkəzində olub. Belə ki, 2005-ci ildə “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunub, 2006-cı il 2 dekabr tarixli sərəncamına müvafiq olaraq respublikada rabitəçilər və informasiya texnologiyaları sahəsinin işçiləri dekabrın 6-da öz peşə bayramlarını qeyd edirlər. Son illərdə Azərbaycanın İKT sahəsində əldə etdiyi ən böyük nailiyyətlərindən biri ilk növbədə, regionda kosmos sənayesinə sahib yeganə ölkəyə çevrilməsidir. 2009-cu ildə Prezident İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı” təsdiq edilib. Proqramın uğurlu icrası nəticəsində ölkəmizin ilk peyki olan və dünyanın üçdəbirini əhatə edən “Azerspace-1” orbitə çıxarılıb. Hazırda “Azerspace-2” peykinin istehsal prosesi gedir və peykin 2018-ci ildə orbitə göndərilməsi planlaşdırılıb.
Tədbirdə çıxış edən digər natiqlər bu sahənin inkişafına göstərilən diqqət və qayğıya görə ölkə prezidenti İlham Əliyev cənablarına öz dərin minnətdarlıqlarını bildirmişlər.

 

 

 

 

Keçidlər