Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay rayonunda noyabr ayının 3 və 4-ü «Nar» festivalı keçiriləcəkdir

16 oktyabr 2017 | 16:00

2017-ci ilin noyabr ayının 03 və 04-də Göyçay şəhərində ənənəvi nar festivalı keçiriləcəkdir.
Festivalın keçirilməsi üçün rayon icra hakimiyyəti başçısının sərəncamı ilə Təşkilat Komitəsi yaradılmış və hazırlıq işlərinə başlanılmışdır.
Göyçay rayon icra hakimiyyətinin xüsusi  tədbirlər planına əsasən rayon ərazisində, şəhərin küçə, park və xiyabanlarında səliqə səhman, quruculuq abadlıq işləri aparılır. Bu ilki festival öz zənginliyi və möhtəşəmliyi ilə fərqlənəcəkdir. Festivalda nar məhsuluna həsr olunmuş musiqi nömrələri, müxtəlif müsabiqələr, nar yarmarkası, rəngarəng sərgilər, milli folklorumuzun zəngin nümunələri, Azərbaycan mətbəxi və nar məhsullarının bütün nümunələri bayram iştirakçılarına təqdim ediləcəkdir. Bir çox diplomatik korpusların, nazirliklərin nümayəndələri, millət vəkilləri, qonşu rayonlardan gələn qonaqlar bayram mərasiminin sevincini bizimlə birlikdə yaşayacaqlar.
Noyabr ayının 3 və 4-də keçiriləcək nar festivalının yüksək səviyyədə təşkili üçün təşkilatçılara, o cümlədən yerli icra nümayəndəliklərinə və bələdiyyə orqanlarına tövsiyyələr vermişdir.

Keçidlər