Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda «05 oktyabr-Beynəlxalq müəllim günü» qeyd olunub

05 oktyabr 2017 | 16:00

Rayon müəllimləri əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Göyçay Heydər Əliyev Mərkəzində keçirilən yığıncaqda rayon müəllimləri, rayon ictimaiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak etmişlər.
Əvvəlcə müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyev haqqında hazırlanmış qısa film nümayiş etdirilmişdir. Filmdə ulu öndər Heylər Əliyevin müəllim haqqında söylədiyi yüksək fikirlər səsləndirilmişdir.
Yığıncaqda rayon icra hakimiyyətinin başçısı cənab Mehdi Səlimzadə çıxış edərək rayon müəllimlərini -həyatını xalqın işıqlı gələcəyinə həsr etmiş müqəddəs peşə sahiblərini- «05 oktyabr – Beynəlxalq müəllim günü» münasibəti ilə təbrik etmişdir. Dövlətimizin müəllimlərə göstərdiyi diqqət və qayğıdan söz açaraq İnçə kənd tam orta məktəbin müəllimi Qurban Qurbanovun Azərbaycan Respublikası Prezidentinin 03 oktyabr 2017-ci il tarixli sərəncamı ilə «Əməkdar müəllim» fəxri adına layiq görüldüyünü xüsusi qeyd etmişdir. Rayon icra hakimiyyətinin başçısı həmçinin qeyd etmişdir ki, ulu öndər Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə müəllimə yüksək qiymət vermiş, müəllim haqqında yüksək fikirlər söyləmişdir. Ulu öndərin müəllim haqqında dediyi: «Müəllim yeganə şəxsiyyətdir ki, cəmiyyət özünün gələcəyini-uşaqların tərbiyəsini yalnız ona etibar edir» fikirini müəllimə verilmiş ən gözəl tərif adlandırmışdır. Bu gündə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev və ölkənin birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın müəllimlərin rifahını yaxşılaşdırmaq üçün görülən tədbirlərdən bəhs etmiş, təhsilin inkişafını, onun maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində səy və bacarıqlarını əsirgəmədiklərini bildirmişdir. Son illər rayonumuzda təhsilin inkişafı istiqamətində də xeyli iş görüldüyünü - şəhər 2 saylı və Qaraman kənd tam orta məktəbləri əsaslı yenidənqurma işləri aparıldıqdan sonra, Hacağabəyli kəndində 24 yerlik sinif komplekti, Ərəbşahverdi kəndində 40 yerlik modul tipli məktəb binası istifadəyə verildiyini, Alıkənd kəndində 40 yerlik modul tipli məktəb binasının tikintisinin davam etdirildiyini vurğulamışdır.
Yığıncaqda çıxış edən rayon icra hakimiyyəti başçısının müavini-ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zivər Zeynalova, rayon təhsil şöbəsinin müdiri Elnur İsmayılov çıxış edərək müəllimləri təbrik etmiş və xoş arzularını bildirmişlər.
Əməkdar müəllim Qurban Qurbanov çıxış edərək yüksək fəxri ada layiq görüldüyünə görə ölkə prezidenti İlham Əliyev cənablarına dərin təşəkkürünü bildirmişdir.
Şəhər 1 saylı tam orta məktəbin direktoru əməkdar müəllim Tahirə Qurbanova çıxış edərək həmkarlarını təbrik etmiş və məktəblərə ünvanladığı təbrik məktubuna görə rayon icra hakimiyyəti başçısına minnətdarlığını bildirmişdir.
Uzun illər rayon təhsilinin inkişafında səmərəli fəaliyyət göstərən bir qrup müəllim rayon icra hakimiyyəti başçısının fəxri fərmanı ilə təltif edilmiş və onlara qiymətli hədiyyələr təqdim edilmişdir.
Sonda rayon məktəbliləri arasında keçirilmiş «Müəllim ömrü» mövzusunda inşa müsabiqəsinin qalibləri rayon icra hakimiyyəti başçısı tərəfindən mükafatlandırılmışlar.

Keçidlər