Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda islam əmin-amanlıq dinidir mövzusundə tədbir keçirilib

20 sentyabr 2017 | 16:00

Sentyabrın 20-də Göyçay Rayon İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin region bölgəsi üzrə şöbəsi və Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəliyinin təşkilatçılığı ilə Göyçay şəhər “Əbülfəzlil Abbas” məscidində islam əmin-amanlıq dinidir mövzusunda tədbir keçirilib.
Tədbirdə Göyçay RİH başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zivər Zeynalova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin region bölgəsi üzrə Əzim Rəfiyev və Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndələri Rəsul Kazımov və Cavid Səfərov,  dini icma sədrləri və din xadimləri iştirak ediblər.
Əvvəl Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının fətvası oxunub.
Daha sonra Göyçay RİH başçının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zivər Zeynalovanın, DQİDK-nın region bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyevin və QMİ-nin səlahiyyətli nümayəndəsi Rəsul Kazımovun çıxışları dinlənilib.
Natiqlər qeyd ediblər ki, bu gün Azərbaycan müxtəlif millətlərin, dini konfessiyaların dinc yanaşı yaşadığı unikal nümunədir. Ölkəmizdə bütün dinlərin nümayəndələrinə öz etiqadlarını ifadə etmək, dini ayin və mərasimləri sərbəst yerinə yetirmək üçün şərait yaradılmışdır.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. 

Keçidlər