Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda “Milli Musiqi günü” qeyd olunub

18 sentyabr 2017 | 16:00

18 sentyabr 2017-ci il tarixdə Arif Məmmədov adına Göyçay uşaq musiqi məktəbinin qarşısında Milli Musiqi gününə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı,  hüquq-mühafizə orqanlarının nümayəndələri, rayonunun idarə, müəssisə və təşkilat rəhbərləri, rayon icra hakimiyyəti başçısının şəhər və kənd inzibati ərazi dairələri üzrə nümayəndələri, yerli bələdiyyə sədrləri,rayon ictimaiyyətinin nümayəndələri, ağsaqqallar iştirak ediblər.
Azərbaycan Respublikasının «Dövlət Himni» səslənib və tədbir açıq elan olunub. Daha sonra ulu öndər Heydər Əliyevin vaxtı ilə Üzeyir Hacıbəyov haqqında söylədiyi dəyərli fikirlərin audio yazısı dinlənilib.
Tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zivər Zeynalova bayram günü münasibəti ilə hamını təbrik edib, həmçinin qeyd edib ki, ulu öndər Heydər Əliyevin 1995-ci ildə imzaladığı Fərmana əsasən, dahi bəstəkar Üzeyir Hacıbəyovun doğum günü hər il “Milli Musiqi Günü” kimi qeyd olunur. Üzeyir Hacıbəyovun Azərbaycanda peşəkar musiqinin banisi olduğunu, şərqdə operanın və operettanın əsasını qoyduğunu, dövlət xoru, simfonik orkestrini yaradıb, dünya musiqi xəzinəsini ölümsüz əsərləri ilə zənginləşdirdiyini bildirib. 
Üzeyir Hacıbəyovun taleyində ən möhtəşəm səhifənin Dövlət Himninin müəllifi olduğu vurğulanıb.
Zivər Zeynalova musiqimizin inkişafı və təbliği, tanıdılması istiqamətində Heydər Əliyev Fondunun gördüyü işlərə toxunub və ölkənin Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın muğamı zirvələrə qaldırmasındakı xidmətlərindən söz açıb.
2015-ci ildə ölkə prezidenti İlham Əliyevin yeni musiqi məktəbinin binasının açılış mərasimində iştirak etdiyini və Göyçay musiqisevərlərinə bu möhtəşəm binanı ərməğan etdiyini xüsusi qeyd edib.
Tədbirin bədii hissəsində musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəyovun «Koroğlu» operasından üvertura musiqi məktəbinin şagirdlərinin ifasında səslənib. Daha sonra məktəb kollektivi Üzeyir Hacıbəyovun repertuarından hazırlanan kiçik və maraqlı konsert proqramı ilə çıxış edib.

Keçidlər