Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda ölkə başçısı İlham Əliyev cənablarının Lənkəran şəhərində keçirilmiş müşavirədəki nitqi hər birimiz üçün fəaliyyət proqramı olmalıdır mövzusunda yığıncaq keçirilmişdir.

07 sentyabr 2017 | 16:00

Yığıncaqda rayon icra hakimiyyəti başçısının şəhər və kənd inzibati ərazi dairələri üzrə nümayəndələri, yerli bələdiyyə sədrləri, rayon ictimaiyyətinin nümayəndələri, fermerlər, ağsaqqallar iştirak ediblər.

Yığıncağı giriş sözü ilə rayon icra hakimiyyətinin başçısı cənab Mehdi Səlimzadə açaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının sədrliyi ilə Lənkəran şəhərində keçirilən müşavirədə dövlət başçısı tərəfindən qarşıya qoyulduğu vəzifələr haqqında məlumat vermiş, kənd təsərrüfatının inkişafı istiqamətində görüləcək işlərdən söz açmışdı.
Rayon icra hakimiyyətinin başçısı cənab Mehdi Səlimzadə çıxış edərək qeyd etdi ki, ölkə başçısı İlham Əliyev cənablarının diqqət və  qayğısı nəticəsində qeyri-neft sektorunun, xüsusən də aqrar sahənin inkişafında böyük nailiyyətlər əldə olunmaqdadır. Aqrar sahənin inkişafı istiqamətində aparılan islahatlar, qəbul olunan Dövlət Proqramları bu deməyə əsas verir.
İcra başçısı Göyçay rayonunda da aqrar sahənin inkişaf etdirilməsi istiqamətində xeyli işlər görüldüyünü qeyd edərək diqqətə çatdırmışdır ki, 2017-ci ilin məhsulu üçün 22324 hektar sahədə yazlıq və payızlıq əkinləri aparılmışdır ki, bu da əvvəlki ilə nisbətən 5,2 faiz çoxdur. 14,6 min hektar sahədə taxıl biçilmişdir. 41,2 min ton məhsul toplanmış, hər hektardan məhsuldarlıq 28,2 sentner olmuşdur ki, bu da ötən ilə nisbətən müvafiq olaraq 11,2 və 5,6 faiz çoxdur. 388,7 hektar sahədə dən üçün qarğıdalı əkilmiş, hazırda məhsul toplanışına başlanmışdır. 1170 ton dən üçün qarğıdalı tədarük edilməsi gözlənilir. Cari ildə rayonun kumdarları tərəfindən 1900 qram barama qurdu becərilmiş, 5293 kq. yaş barama tədarük edilmişdir ki, bu da ötən ilə nisbətən 4,6 dəfə çoxdur. Bundan əlavə 5850 hektar sahədə meyvə bağları, 5706 hektar sahədə yonca əkinləri vardır. 
Həmçinin qeyd edilmişdir ki, aqrar sahəyə dövlət tərəfindən göstərilən diqqət və qayğı kənd zəhmətkeşlərinin də bu il çəltik əkilməsinə marağı artırmış və 219 hektar sahədə çəltik əkini aparılmışdır. 2018-ci ildə də rayonun kəndlərində əlavə olaraq təxminən 500 hektar sahədə çəltik əkilməsi üçün torpaq sahələrinin müəyyənləşdirilməsi qərara alındı.
Yekun nitqində rayon icra hakimiyyətinin başçısı bildirmişdir ki, kənd təsərrüfatının bir çox sahələrinin dinamik inkişafının təmin edilməsi üçün bundan sonra da bütün imkanlar səfərbər olunmalı, qarşımıza qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlinməsi üçün daha səylə çalışmalıyıq.
Yığıncaqda çıxış edən kənd təsərrüfatı mütəxəssisləri, fermerlər aqrar sahənin inkişafına verilən dəstəyə, göstərilən diqqət və qayğıya görə kənd sakinləri adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına öz dərin minnətdarlıqlarını bildirmişlər.

Keçidlər