Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda Dövlət Gömrük Komitəsinin sədri vətəndaşları qəbul edib

25 avqust 2017 | 16:00

25 avqust 2017-ci il tarixdə mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev Göyçay şəhərindəki Heydər Əliyev Mərkəzində Göyçay, Ucar, Zərdab, Kürdəmir rayonlarından olan vətəndaşları qəbul edib.
Qəbulda vətəndaşların müraciətlərinin əksəriyyəti malların idxal və ixracı, bununla bağlı sənədləşmə qaydaları, işə qəbul və digər gömrük məsələləri ilə bağlı olub.
Qəbul zamanı komitənin sədri A.Əliyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib.
Vətəndaşların qəbul zamanı qaldırdıqları məsələlərin bir qismi yerindəcə həll olunub. Dövlət Gömrük Komitəsinin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə müvafiq orqanlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Keçidlər