Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

07 avqust 2017-ci il tarixdə Göyçay rayon icra hakimiyyətində yay mövsümündə əhaliyə göstərilən xidmətin təşkili vəziyyəti müzakirə olunmuşdur

07 avqust 2017 | 16:00

Tədbirdə xidməti və inzibati orqanların, o cümlədən yerli icra nümayəndələri və bələdiyyə orqanlarının rəhbərləri iştirak etmişlər.
Rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə bildirmişdir ki, yay mövsümündə əhaliyə göstərilən xidmət qaneedici deyildir. Əhaliyə göstərilən ticarət xidmətində nöqsanlar mövcuddur. Yay mövsümü ilə əlaqədar şəhər və kəndlərdə əhaliyə sərinləşdirici içkilər, müddətinə əməl olunmalı ərzaq məhsullarının, ət və süd məhsullarının satışlarında qəbul olunmuş qaydalara əməl olunmur.
Küçələrdə, şəhər daxilində, magistral yollarda, nəzərdə tutulmayan yerlərdə özbaşına qanunsuz ərzaq-qida məhsulları, meyvə-tərəvəz satışı təşkil olunur ki, bu da sanitar normalara ziddir və bu məhsulların satışı ilə əlaqədar sanitar yoxlamalar aparılmır, xüsusi magistral yol kənarlarında nəqliyyat vasitələrində satışı təşkil edən insanlar üçün təhlükə yaradır. 
Şəhər daxilində qanunsuz çayxanalar, supermarketlərin qarşısı, əlavə yerlərin zəbt olunması ilə ərzaq və su satışı təşkil olunur, çayxanalar küçələri zəbt edir, insanların gediş-gəlişinə maneə törədir.
Bütün bu nöqsanlar aradan qaldırılmalı, tədbirlər görülməli, aidiyyatı orqanlar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi və bələdiyyə ilə razılaşma əsasında sanitar normalara uyğun yerlərdə mövsümi xidmət təşkil etməlidir.
Bu məsələ ilə əlaqədar rayon icra hakimiyyəti başçısının müavini-sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Ə.Dövlətov çıxış edərək qeyd etdi ki, şəhərdə ticarət, sanitariya və ekologiya qaydalarını pozanlara, ərazini çirkləndirənlərə, məişət tullantılarının atılması qaydalarına əməl etməyənlərə qarşı gigiyena və epidemiologiya mərkəzi, ərazi ekologiya idarəsi, sahə müvəkkilləri, rayon icra hakimiyyətinin ictimai nəzarət qrupları tərəfindən aparılan mübarizə günün tələblərinə cavab vermir.
Yay mövsümündə əhalinin meyvə-tərəvəz, xüsusən qarpız və yemişə olan təlabatı daha da artır. Bununla əlaqədar bəzi xırda sahibkarlar tərəfindən şəhərə bol məhsul gətirilir. Lakin həmin məhsulların satışı düzgün təşkil edilmir. Məhsullar çox vaxt nəqliyyat vasitələrində, küçələrdə kor təbii şəkildə təşkil olunan ərazilərdə satılır və satılan məhsulların keyfiyyətinə nəzarət olunmur. Bu ərazilərin mütəmadi olaraq çirkləndirilməsi şəhər təsərrüfatı üçün əlavə problemlər yaradır.
Rayon icra hakimiyyəti başçısının şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rəşad Şükürov çıxış edərək qanunsuz küçə ticarətinin mövcud olduğunu və qanunvericiliyə görə küçə ticarətinə yerli icra orqanlarının konkret olaraq şəhərdə rayon icra hakimiyyəti başçısının Göyçay şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin müəyyən etdiyi yerlərdə icazə verildiyini bildirdi. Bunun üçün mövsümü küçə ticarəti ilə məşğul olmaq istəyən şəxs ərizə və şəxsiyyət vəsiqəsinin surətini yerli icra orqanına təqdim etməli olduğunu və müəyyən edilmiş yerlədə malların satışına razılıq veriləcəyini bildirdi. 
Yekunda rayon icra hakimiyyətinin başçısı çıxışında bildirdi ki, təcili surətdə aidiyyati orqanlar qeyd olunan məsələ ətrafında məlum olan qanunsuzluqların aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər görməlidirlər. Şəhərdə və şəhərin küçələrində, magistral yollarda küçə ticarətinin sanitar-gigiyenik qaydalara uyğun olaraq təşkil olunmalıdır. Çayxanalarda qayda yaradılmalıdır ki, şəhər əhalisinin narahatçılığına səbəb olan hallar olmasın. Şəhər əhalisinin sərinləşdirici su və digər qida məhsulları ilə təcili təmin olunması həyata keçirilməlidir. Hər bir sahədə sanitar-gigiyenik normalara riayət olunmalı, magistral yol kənarlarında qayda yaradılmalı, yol polisi yeni çəkilmiş yol kənarında tıxacların aradan qaldırılması istiqamətində təxirəsalınmaz tədbirlər görməli, küçə ticarəti qaydalarına əməl edilməsinə dair yerli icra orqanları tərəfindən verilmiş qərarlara rayon polis şöbəsinin sahə müvəkkilləri tərəfindən ciddi nəzarət etməklə əməl olunması qərara alınmışdır.

Keçidlər