Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda «15 iyun-Milli Qurtuluş» günü qeyd edilmişdir

13 iyun 2017 | 16:00

15 İyun - Milli Qurtuluş günü ilə əlaqədar Göyçay Mədəniyyət Mərkəzində konfrans təşkil edilib.
Əvvəlcə rayon icra hakimiyyətinin kollektivi, idarə, müəssisə və təşkilat rəhbərləri, təhsil və səhiyyə işçiləri ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək, abidəsi önünə gül dəstələri düzüblər.
Göyçay Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Dövlət himni səsləndirildikdən sonra Yeni Azərbaycan Partiyasının rayon təşkilatının sədri Sahib Şükürov Ulu Öndərin siyasi fəaliyyətindən bəhs edib.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı cənab Mehdi Səlimzadə çıxış edərək bildirmişdir ki, 15 iyun Azərbaycan xalqın tarixinə qızıl hərflərlə yazılmış günlərdən biridir və xüsusi əhəmiyyət kəsb edir. Məlumdur ki, çətin günlərdə, həmişə öz xalqının yanında olmaq böyük və qüdrətli şəxsiyyətlərin üzərinə düşür. Bu missiyasını öz üzərinə götürən, həyatını təhlükələrə məruz qoyan ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə 1993-cü il iyunun 15-də Naxçıvandan Bakıya qayıdaraq Milli Qurtuluş tariximizin başlanğıcını yazıb. Bu çətin və şərəfli yol bu gün də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilir. Dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firavan həyatının təmin edilməsi, xüsusən regionların inkişaf etdirilməsi sahəsində görülən işlərdən danışıb.
Rayon icra hakimiyyətinin başçısı həmçinin qeyd etmişdir ki, ulu öndər Heydər Əliyevin respublika rəhbərlik etdiyi bütün dövrlərdə göyçaylılar da onun ətrafında sıx birləşmiş və bu gün də möhtərəm prezidentimiz İlham Əliyev cənablarının həm daxili, həm də xarici siyasətini yekdilliklə dəstəkləyirlər.
Konfransda çıxış edən rayon vergilər idarəsinin bölmə rəisi Abdul Abdullayev, Dövlət İdarəetmə və Texnologiya Kollecinin tələbəsi Kəmalə Hacıyeva, rayon polis şöbəsinin əməkdaşı Taleh Ağayev, mərkəzi rayon xəstəxanasının tibb bacısı Sevinc Əhmədova və digər rayon ictimaiyyətinin nümayəndələri dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan xalqı qarşısında böyük xidmətlərindən danışıblar.
Sonra Göyçay Mədəniyyət Mərkəzində rayon mədəniyyət evinin instrumental ansamblının və yerli müğənnilərin ifasındakı şən mahnılar, məktəblilərin müasir müstəqil Azərbaycana, Vətənə, dahi rəhbərə həsr edilən şerlər söyləyib, mahnılar oxuyub və rəqs ediblər.
Yekunda rayon rəhbərliyi rayon ictimaiyyətinin nümayəndələri ilə Heydər Əliyev adına parkda yeni inşa ediləcək bayraq muzeyinin təməlini qoymuşlar, Nəriman Nərimanov küçəsində səkilərdə tametlərin döşənməsi və aparılan abadlıq və yenidənqurma işlərinə baxış keçirmişlər.

 

Keçidlər