Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

YAP Göyçay rayon təşkilatının yaranmasının 24-cü ili qeyd olunub

06 mart 2017 | 16:00

Mart ayının 6-da Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının yaranmasının 24-cü ildönümü qeyd olunub.
Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsinin önünə gül dəstələri düzüblər.
Yeni Azərbaycan Partiyası rayon təşkilatının inzibati binasında Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyev cənablarının həyat və fəaliyyətini, həmçinin YAP-ın müxtəlif tədbirlərində iştiraklarını əks etdirən fotolardan ibarət guşələrə baxış keçirilib. Yeni Azərbaycan Partiyasının banisi, xalqımızın ümummilli lideri Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov çıxış edərək dahi şəxsiyyət Heydər Əliyevin ideyaları əsasında formalaşan, böyük inkişaf yolu keçən Yeni Azərbaycan Partiyasının uğurlarından danışıb.
Yığıncaqda çıxış edən rayon icra hakimiyyətinin başçısı cənab Mehdi Səlimzadə bildirib ki, YAP yarandığı gündən bu günədək siyasi mübarizələrlə dolu şərəfli bir yol keçib və bu gün də bu siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilir. YAP-ın proqramında irəli sürülmüş əsas vəzifələr dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firavan həyatının təmin edilməsində də partiyanın rayon təşkilatı öz tövhəsini verir və bundan sonra da verəcəkdir.
Sonda Yeni Azərbaycan Partiyası rayon təşkilatının fəal üzvlərinə fəxri fərman və hədiyyələr verilib.

Keçidlər