Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçaylılar ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər

12 dekabr 2016 | 16:00

Ölkəmizin hər yerində olduğu kimi Göyçay rayonunda da xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsi uca tutulub. Rayon mərkəzindən, kəndlərdən ulu öndərin adını daşıyan meydana üz tutan insan seli xalq məhəbbətinin nümayişinə çevrilib.İcra hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, təhsil, səhiyyə, mədəniyyət müəssisələrin kollektivləri,o cümlədən minlərlə Göyçaylılar görkəmli dövlət xadimi Heydər Əliyevin abidəsi önünə tər güllər düzüblər.Rayonda çoxsaylı məktəb binalarının, istehsal müəssisələrinin, müalicə ocaqlarının istifadəyə verilməsini, çox mühüm sosial layihələrin həyata keçirilməsini ulu öndər Heydər Əliyevin Göyçaya diqqət və qayğısı kimi qiymətləndirən yerli sakinlər onun bölgəyə səfərlərini minnətdarlıq hissi ilə xatırlayıblar. Məhz ulu öndərin tapşırığına əsasən Göyçayın şimal hissəsində sel sularından qoruyucu bəndlərin tikintisindən sonra rayon mərkəzi daşqınlardan xilas olub.Göyçayda 15-ə yaxın yeni məktəb binasının tikilməsi, müasir səhiyyə ocaqlarının yaradılması, kənd yollarının bərpası, müasir tələblərə cavab verən zavod və fabriklərin istifadəyə verilməsi məhz ümumilli lider Heydər Əliyev siyasətinin uğurlu davamının nəticəsidir. Ölkəmizin xoş gələciyini ulu öndərin ideyalarının reallaşmasında görən göyçaylılar onun zəngin dövlətçilik irsininin daha dərindən təbliğini, gənc nəslə çatdırılmasını vacib sayırlar.
Qeyd edək ki, Göyçay rayon icra hakimiyyətinin tədbirlər planına uyğun olaraq elmi nəzəri konfranslar təşkil olunub, “Heydər Əliyev və Azərbaycan” mövzusunda məktəblilərin inşa yazı müsabiqəsi keçirilib. Ayrı-ayrı əmək kollektivlərinin, məktəbli və tələbələrin Heydər Əliyev mərkəzinə ekskursiyaları təşkil olunub .

Keçidlər